Qeyd edək ki, müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur. Putin bəyan edir ki, Britaniya və Fransa da nüvə silahına malik NATO-ya üzv ölkələrdir və onlar öz nüvə arsenallarını modernləşdirirlər, habelə bu inkişafları Rusiyaya qarşı yönəliblər. Onun sözlərinə görə, sazişə bu ölkələrin nüvə arsenallarına nəzarət də daxil edilməlidir. Putinin mesajı hazırkı beynəlxalq vəziyyətdə, başqa sözlə, davam edən Qlobal Hibrid Dünya Müharibəsi kontekstində gözlənilən idi. Və əslində onun Rusiyanın müqavilədən çıxdığını elan etməsi Ukrayna müharibəsi kontekstində onsuz da artan nüvə müharibəsi riskini artırır. Bununla belə, eyni zamanda, Rusiya prezidenti müqavilənin əhatə dairəsinə yenidən baxılması məsələsini qaldırır ki, bu da mahiyyətcə ona nüvə beşliyi adlandırılan 5-ci ölkə olan Çini də daxil edə bilər. Beləliklə, “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”nə yenidən baxılması BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında vacib bir prosesi əhatə edəcək və bu prosesə yeni qlobal təhlükəsizlik sistemi ilə bağlı qeyri-rəsmi müzakirələr də əlavə olunacaq.
Yeri gəlmişkən, xatırladaq ki, 2020-ci ilin yanvarında Putin BMT Təhlükəsizlik Şurasının 5 üzvünə yeni dünya düzəni ilə bağlı müzakirələrə başlamağı təklif etdiyini açıqlamışdı. Bu, həqiqətən də diqqətəlayiq haldır, Putinin müraciəti günü, Çin mediası tərəfindən Pekinin beynəlxalq təhlükəsizlik sisteminə baxışı ictimaiyyətə açıqlandı və Pekinin yeni sistemlə bağlı hazırladığı layihə təqdim edildi. Bundan öncə Çinin keçmiş xarici işlər naziri Vanq İn Münhen Təhlükəsizlik Konfransına qatılaraq, orada ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. O, İtaliya, Fransa və Macarıstanda da olub. Və dünən Çinin əsas diplomatlarından biri, hazırda Si Cinpinin müşaviri və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ Moskvaya səfər edib. Maraqlıdır, Putinin Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakını dayandırması ilə bağlı qərarına və Çinin ictimailəşmiş təhlükəsizlik təkliflərinə paralel olaraq Qərbin reaksiyası necə olacaq?
Asif Cəfərov
Ordu.az